backend

Qarabağda ölən erməni əsgərin qohumları Paşinyana SƏSLƏNDİ: “Gəl, cavab ver”

Ermənistan paytaxtı İrəvanın mərkəzində Qarabağda naməlum şəraitdə ölən hərbçi Artur Acemyanın qohumları ilə  polis arasında toqquşma baş verib.

KONKRET.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onlar baş nazir Nikol Paşinyanla görüş tələb ediblər və araşdırmaların şəffaf aparılmasını istəyiblər.

Nazirlər Kabinetinin binasına daxil olmaq istəyən qohumların qarşısını polis saxlayıb.

“Paşinyana deyin ki, xalq onunla görüş tələb edir. Qoy, gəlib, cavab versin”-deyə ölən əsgərlərin qohumları baş nazirə səslənib.

Əsgər qohumları Paşinyanın görüşə gəlməyəcəyi təqdirdə Yerevanın mərkəzi yolunu bağlayacaqlarını deyiblər. Xatırladaq ki, dekabrın 2-də Qarabağda hərbi hissələrdən birində silahlı insident zamanı əsgər Artur Acemyan güllələnib, David Melikbekyan isə yaralanmışdı.

 

 

 

 

modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*