Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlılarının Ermənistana köçürülməsinin əleyhinədir.
KONKRET.az xəbər verir ki, bu barədə Paşinyan İctimai Televiziyaya müsahibəsində danışıb.
O bildirib ki, əgər Qarabağdakı Rusiya sülhməramlıları regionu tərk etsələr, onlar Ermənistana köçürülmək əvəzinə, Rusiya Federasiyasına qayıtmalıdırlar.