Qaz sayğaclarındakı rəqəmləri ötürmək üçün Qazaxıstanda süni intellektdən istifadə edilməyə başlanıb.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, “QazaqGaz Aimaq” şirkəti pilot tətbiqetməni işə salıb. “Sayğacın şəklini çəkmək kifayətdir, bundan sonra AI özü məlumatları tanıyır və emal edir”.
Qazaxıstanın Energetika Nazirliyindən verilən məlumata görə, xidmət Qızılorda, Kostanay və Türküstan vilayətlərində sınaqdan keçirilir.
İldırım Musayev,
KONKRET.az