Qazaxıstan-Rusiya sərhədində, Astana-Petropavlovsk avtomobil yolunda 95 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.
Məlumata görə, qəzanın ilkin səbəbi sürücülərin sürət həddinə riayət etməməsi və təhlükəsizlik məsafəsini saxlamaması olub. Hadisə magistralın 153-cü km-də, Janatalap kəndi yaxınlığında baş verib. 11 nəfər xəsarət alıb.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.
Yolunun bir hərəkət zolağı boşaldılıb, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.//Qafqazinfo