
Qazaxıstanda “Kalaşnikov” avtomatlarının istehsalı ilə məşğul olan “Tınıs” müəssisəsi silahların ixracına qoyulan mövcud məhdudiyyətlər səbəbindən işləri dayandırıb.
KONKRET.az-ın Mərkəzi Asiya bürosu xəbər verir ki, bu barədə respublikanın sənaye və tikinti nazirinin müavini Azamat Beyspekov məlumat verib.
“Hazırda bildiyiniz kimi, ölkəmizdə silah ixracına məhdudiyyət var. Buna görə də hazırda istehsal müvəqqəti olaraq dayandırılıb”, – deyə Kazinform onun sözlərindən sitat gətirir.
Qazaxıstan hakimiyyəti 2022-ci ilin avqustunda silah ixracına moratoriumun tətbiq olunduğunu elan edib.
Qeyd edək ki, Qazaxıstan müdafiə kompleksi xarici şirkətlərlə əməkdaşlıq da daxil olmaqla geniş çeşiddə silahlar istehsal edir. Xüsusilə, Petropavlovsk Ağır Maşınqayırma Zavodu səkkizoxlu “KamAZ” və “Sarışayan” reaktiv yaylım atəş sistemi əsasında “Tərlan” raket sistemi, torpedalar (Almatıdakı Kirov adına Maşınqayırma Zavodunda) istehsal edir və Cənubi Afrika Respublikası ilə birlikdə Barıs 8×8 zirehli transportyoru və Arlan zirehli avtomobili (Qazaxıstan Paramount Engineering zavodu) istehsal edir.
Respublikanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi həmin ilin fevralında Qazaxıstanda “Kalaşnikov” avtomatlarının (AK-12 və AK-15) istehsalına 2022-ci ildə başlanılacağını açıqlamışdı.