Qazaxıstanda pedofillərə ömürlük həbs cəzası veriləcəkbackend

Qazaxıstanda pedofillərə ömürlük həbs cəzası veriləcək

Qazaxıstanda pedofillər və uşaq qatillərinə ömürlük həbs cəzası veriləcək.

KONKRET.az xəbər verir ki, ölkə parlamentinin aşağı palatası birinci oxunuşda həbs cəzasını nəzərdə tutan düzəlişləri qəbul edib.

Söhbət prezident Kasım-Jomart Tokayevin tapşırığı ilə hazırlanan qadın hüquqlarının və uşaqların təhlükəsizliyinin təmin edilməsi haqqında qanun layihəsindən gedir.

İntihara təhrik və ya intihara sövq etməyə görə 5 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni zamanda intiharı təbliğ etməyə görə yeni cinayət məsuliyyəti – cərimə tətbiq edilir. Yetkinlik yaşına çatmayan şəxsə qarşı zorakılıq və kiber zorakılığa məruz qalma inzibati cərimə ilə cəzalandırılacaq.

Qadınlara və uşaqlara qarşı zorakılığa görə cəzaların sərtləşdirilməsi Qazaxıstanda ötən ildən aktiv şəkildə müzakirə olunur. Prezident də bu barədə dəfələrlə danışıb. Parlament müvafiq qanun layihəsini yanvarın sonunda qəbul edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*