Qazaxıstanda təyyarə qəzası nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb – FOTO – VİDEObackend

Qazaxıstanda təyyarə qəzası nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb - FOTO - VİDEO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanda baş vermiş təyyarə qəzası nəticəsində ölənlərin sayı artaraq 14 nəfərə çatıb. KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, hadisə nəticəsində daha 35 nəfər xəsarət alıb.

Qeyd dək ki, Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus “Fokker 100” tipli sərnişin təyyarəsi Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb. 95 sərnişin və 5 ekipaj üzvünün olduğu təyyarə Almatıdan Nur-Sultan istiqamətində uçurmuş. Hadisənin baş vermə səbəbi hələ açıqlanmayıb.

İlkin ehtimal olaraq bildirilib ki, təyyarə havaya qalxarkən hündürlüyü itirib və beton hasarın arasından keçib. İkimərtəbəli bina ilə toqquşma olub. Dərhal xilasetmə işlərinə başlanılıb.

Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin məlumatına görə, xəsarət alanlar arasında 6 uşaq da var. Qazaxıstan Prezidenti Qassım-Comərt Tokayev təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*