Qazaxıstanda Türkiyə və Rusiya vətəndaşları həbs edildi – SƏBƏBbackend

Qazaxıstanda Türkiyə və Rusiya vətəndaşları həbs edildi - SƏBƏB

Qazaxıstanın Pavlodar şəhərində narkotik alverində şübhəli bilinən Türkiyə vətəndaşı həbs edilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, polis əməkdaşları əməliyyat tədbirləri zamanı 1987-ci il təvəllüdlü Türkiyə vətəndaşını saxlayıb. Ondan içərisində ağ toz halında olan polietilen torba götürülüb.

Baxış zamanı saxlanılan şəxsin evinə baxış zamanı digər qablaşdırma materialları və içərisində “mefedron” maddəsi olan çanta götürülüb ki, bu da ekspertiza ilə təsdiqlənib.

Bu iş üzrə cinayət ortağı, 1982-ci il təvəllüdlü Rusiya vətəndaşı da saxlanılıb, barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*