Qəbələ rayonunda intihar hadisəsi qeydə alınıb.
KONKRET.az “Report”a istinadən bildirir ki, hadisə Zərgərli kəndində baş verib.
Kənd sakini, 2003-cü il təvəllüdlü Seymur İlqar oğlu Əsgərov özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Onun meyitini səhər saatlarında ailə üzvləri aşkarlayıb.
Qeyd edək ki, 18 yaşlı S.Əsgərov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.
Nə qədər intihar olar belə şey olar onun qarşısını almaq lazımdır
Ay valideyinlər, usaqlarinizla sıx ünsiyyət qurun. Dost münasibetləri yaradın. İndiki dövr əvvəlki kimi deyil pərdə saxlayasan. Uşaqlarınızın içini sizə boşaltmasına şərait yaradın və məsləhətlər verin. Pisin və yaxşının nə olduğun sizdən bilsinlər (ayıbın saydığımız şeyləri belə). Bunun uşaqın tərbiyəsinin korlanmasına aidiyyatı yoxdur.