Qəbələdə polis əməliyyat keçirdi – Cərimələnənlər varbackend

Qəbələdə polis əməliyyat keçirdi - Cərimələnənlər var

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə hüquqpozmalara qarşı profilaktik tədbirlər həyata keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a bildirilib ki, görülən tədbirlərlə tütün məmulatlarından istifadə qaydalarını pozan 52, qanunsuz küçə ticarəti ilə məşğul olan 43, məişət tullantılarını urnalardan kənara atan 41 və yetkinlik yaşına çatmayanlara alkoqollu içki, eləcə də tütün məmulatları satan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.

Tədbirlər çərçivəsində vətəndaşlardan 2-si könüllü, 3-ü isə əməliyyat yolu ilə olmaqla ümumilikdə 5 ov tüfəngi götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*