Qəbir yerlərindən təkrar istifadə hansı halda mümkündür və bundan kimlər istifadə edə bilər? – VACİB AÇIQLAMAbackend

Qəbir yerlərindən təkrar istifadə hansı halda mümkündür və bundan kimlər istifadə edə bilər? - VACİB AÇIQLAMA

“Azərbaycanda bir qəbir yerinin üzərinə ikinci şəxsin dəfn olunması qanunvericiliklə qadağandır. Qaydalar yalnız yaxın qohumlar üçün istisna nəzərdə tutur ki, bu zaman da 25 il müddətinin keçməsi şərtdir. Məsələn, 2005-ci ildə vəfat etmiş şəxsin qəbir yerinə yalnız 2030-cu ildən etibarən yaxın qohumun dəfni mümkün ola bilər”.

Bu fikirləri hüquqşünas Ramil Süleymanov KONKRET.az-a açıqlamasında səsləndirib:

Hüquqşünas Ramil Süleymanov: “Sumqayıtda söküntü aparan şirkət sakinləri qorxudur” | Sumqayit24.az

“Lakin ölkədə ailə qəbiristanlıqları ilə bağlı çıxarışların dövlət reyestrində qeydə alınmaması bu sahədə müəyyən hüquqi boşluqlara yol açır. Belə ki, ailə qəbiristanlığı anlayışı rəsmi sənədlərdə tanınmadığı üçün bəzi hallarda bu yerlərdə başqa şəxslərin dəfn olunmasına şərait yaranır. Qəbiristanlıqların idarəsini həyata keçirən qurumların bu cür hallara yol verməsi isə çox zaman hüquqi məsuliyyətə səbəb olmur”.

Hüquqşünas qeyd edir ki, bununla belə, qanunvericiliyə əsasən, mövcud qəbirin üzərinə yeni şəxsin dəfn olunması yolverilməzdir.

“Bu tələbin pozulması İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyət yaradır. Belə ki, belə hallara yol vermiş şəxslər 500 manatdan 1000 manatadək cərimə edilə bilər”.

Mütəxəssis hesab edir ki, ailə qəbiristanlıqları ilə bağlı hüquqi mexanizmlərin dəqiq müəyyən olunması və bu sahədə vahid reyestrin yaradılması, gələcəkdə oxşar problemlərin qarşısını almaq üçün vacibdir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*