Qəçrəşdə “Son zəng” şənliyi edənlər cərimələndi – FOTOLARbackend

Qəçrəşdə “Son zəng” şənliyi edənlər cərimələndi - FOTOLAR

Qubada “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb olundular.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə respublikada elan edilmiş xüsusi karantin qaydalarını pozaraq rayonun Qəçrəş kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar.

Şöbə əməkdaşları tərəfindən rejim qaydalarını kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin sahibi və məclisdə iştirak edən müəllim və valideynlər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.

Həmçinin polis əməkdaşları tərəfindən həmin şəxslərlə və şagirdlərlə bir daha maarifləndirici söhbətlər aparılıb və onlara karantin qaydalarının tələbləri izah olunub.

  • Omer
    İyul 3, 2020 - 12:25

    Cox maraqlidi. Hansi qaydani pozublar? Sekilde bele gorunurki stolun arasinda cemi 4 stul VAR. Yeni sosial me safe gozlenilib+aciq hava. Deqiq yazin gorek gunahlari nedi?

Omer üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*