QƏLƏMDƏN QƏLPƏYƏ: “Millət vəkilləri də silahla davrana bilməlidirlər” – ÖZƏLbackend

QƏLƏMDƏN QƏLPƏYƏ: "Millət vəkilləri də silahla davrana bilməlidirlər" - ÖZƏL

Erməni deputatlar atış təlimlərinə qatılıblar. Bəs bizim millət vəkilləri üçün nə əcəb oxşar təlimlər keçirilmir?

KONKRET.az-ın qaldırdığı məsələdə məqsəd ermənilərdən örnək götürmək deyil. Çünki onların əsas xüsusiyyətləri, işğal, vandalizm, plagiat, uydurma, qorxaqlıq, xanımlarının hesabına irəli getməkdir. Bu isə əsl azərbaycanlılara yaddır.

Amma hərbçi olmayan vətəndaşların da silahla davrana bilməsi lazım deyilmi? Məgər belə olsa, hər vəziyyətə hazır olmarıq? Çünki Azərbaycanın vacib geostrateji əhəmiyyəti, ərazi və ideologiya iddiasında olan qonşuları var. Yəni stabil xarici siyasətlə suverenlik və müstəqilliyimiz qorunur. Lakin onu da unutmaq olmaz ki, XIX əsrdən başlayaraq Rusiya, İran və XX əsrin sonlarında Ermənistsnın Azərbaycan torpaqlarını istilası yaşanıb.

Mövzu ilə bağlı açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti var və onlar ehtiyatda, istefada olan hərbi qulluqçuların xidmətdən sonrakı fəaliyyəti ilə məşğul olur:

“Onları kateqoriyalara bölür, lazım gələndə təlimlərə cəlb edir. İstefada olanların adından da göründüyü kimi, hərbi siyahıdan silinirlər.

O ki qaldı sualınıza, aydın şəkildə yazılıb ki, ümumiyyətlə həm icra strukturları, həm millət vəkilləri, hökumətdə təmsil olunanlar, Prezident Administrasiyasında olan şəxslər mütəmadi olaraq təlimlərə cəlb edilməlidirlər ki, onların hərbi uçot dərəcəsi var. O insanlar hərbi uçot dərəcəsi ilə zaman-zaman hazırlıq keçməli, təlimlərdən sonra rütbələr verilməlidir. Bu bütün dünyada qəbul olunmuş qaydadır. Təəssüflər olsun ki, Azərbaycanda o qədər də çox praktikada tətbiq olunmur. Biz erməniyə baxıb nəsə etməməliyik. Əslinə qalsa, bizim də plan üzrə hər il belə məşğələlərimiz olmalıdır. Və bu planlaşdırılır. Amma onların necə (yaxşı-pis) keçirilməsi artıq başqa mövzudur. Ona görə də, şəxsən mən bu məsələlərə müsbət yanaşıram və tərəfdarıyam.

Əlbəttə ki, millət vəkilləri də silahla necə davranmaq lazım olduğunu bilməlidirlər. Təkcə silahla deyil, onların arasında artilleriyaçı da, tankçı da, topçu da var. Hər kəs öz ixtisası üzrə, hətta istər komitə sədri, onun müavini olsun, fərq etməz. Sən ilk növbədə Azərbaycan vətəndaşısan. Sabah təhlükə olacağı təqdirdə, Allah göstərməsin, bu gün Ukraynada bunu görürük. Ukrayna millət vəkilləri əllərində silah döyüş bölgələrində tez-tez görünürlər.

Azərbaycanda sərhədyanı bölgələrin icra strukturları bu məsələyə daha çox meyl göstərməlidirlər. Bir vətəndaş olaraq qəti narazılığımı bildirirəm ki, hərbi xidmət keçməyən insanlar yüksək vəzifələrə təyin olunurlar. Əvvəllər bu məsələdə bəzi məhdudiyyətlər olsa da, son dövrlərdə unudulub. Heç kiminsə yaxşı xidmət keçib-keçməməsi, ümumiyyətlə yaxşı mütəxəssis olub-olmamasına diqqət yetirilmir. Amma bu çox önəmlidir. Ola biləcək təhlükələrlə əlaqədar bu insanlar müəyyən qərarların verilməsi və qəbulunda iştirak etməlidirlər.

Ermənilər nə edir özləri bilər. Amma biz Azərbaycan olaraq bu məsələlərə çox ciddi diqqət yetirməli və önəm verməliyik”, – deyə Üzeyir Cəfərov münasibət bildirib.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*