Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Müstəqil Azərbaycanın tarixində ilk seçkidir ki, suveren ölkəmizin hər bir yerində məntəqələr təşkil edilib. Amma Azərbaycanı hədəfə alan qüvvələr yenə iş başındadırlar.
Təlimatları Avropadan alan bir qrup “ekspert” bugünkü seçki ilə bağlı aldıqları tapşırığa uyğun olaraq ağızlarına gələni danışır, seçkini gözdən salmağa çalışır, insanlarda inamsızlıq yaradırlar. Belə “ekspert”lərdən biri də özünü siyasi fəal kimi cəmiyyətə sırayan Anar Məmmədli adlı avantüristdir.
Bir vaxtlar Əli Kərimlinin silahdaşı olan “ekspert” elə AXCP sədrinə də məhz bu cür vəziyyətlərdə lazımdır. Bütün günü Sevinc Osmanqızının internet kanalında siyasi münəccimlik edən, Azərbaycanın uğurlarına kölgə salan Əli Kərimli və digər üzdəniraqlar sanki bu ölkəyə qənim kəsiliblər. Dörd il əvvəl Qarabağın işğaldan azad olunmasını xəyal adlandıran bu “siyasətçilər” indi başqa hava çalırlar. Əli Kərimliyə xidmət edən və Avropadan aldıqları qrantlar hesabına ölkədə siyasi sabitliyi pozmağa çalışan qüvvələr əllərinə düşən hər fürsətdən maksimum yararlanmağa çalışırlar. Bu seçkilərdə isə Anar Məmmədli ortaya atılıb və ona tapşırılanları bir-bir həyata keçirməklə məşğuldur.
Anara və digərlərinə kimlər hansı sifarişləri verib?
Nəzərə almalıyıq ki, Anar Məmmədlinin rəhbərlik etdiyi “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin (SMDTM) keçirdiyi monitorinq və müşahidələrdə AXCP gənclər təşkilatının üzvləri iştirak ediblər. Deməli, hər şey aydındır və xoruzun quyruğu yavaş-yavaş görünməkdədir.
İkinci məqam. Qərbin Azərbaycana təzyiqinin artdığı bir vaxtda Anar və dəstəsinin fəallaşması gözlənilirdi. AŞPA-da Azərbaycana qarşı edilən haqsızlığa yalnız ölkədə Anar kimilər sevindi və elə bildilər ki, hər şey onların düşündüyü məcrada inkişaf edəcək. Bunun üçün daha da fəallaşmalı və qarayaxma kampaniyalarını davam etdirməliydilər.
Üçüncü məqam. Anar Məmmədli Qərbin ölkəmizdəki əsas agentlərindən biridir və SMDTM 2001-ci ildən bu yana Azərbaycanda keçirilən bütün seçkilərin müşahidəsini aparıb və bu seçkilərin beynəlxalq standartlara cavab verməməsi barədə qərəzli hesabatlar hazırlayaraq xarici donorlara və beynəlxalq təşkilatlara ötürüb. Deməli, Qərbdə bu adama tam etibar edirlər və Anar yenə iş başındadır.
Dördüncü məqam. SMDTM-in fəaliyyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Milli Demokratiya İnstitutu (NDİ), Demokratiyaya Milli Dəstək Fondu (NED), “German Marşal” fondu və ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilib. Adıçəkilən təşkilatlar bir sentlərindən də məqsədsiz keçməzlər. Onlar əvvəlcə istifadə etdikləri agentləririni təlimatlandırır, bir neçə dəfə sınaqdan çıxardıqdan sonra “əməliyyata” göndərirlər.
Beşinci məqam. Anar Məmədlinin 2020-ci ildə məhz ABŞ donorlarının maddi dəstəyi ilə ABŞ-nin Serakuz Universitetinin Maksvel Məktəbinin İctimai İdarəçilik ixtisası üzrə magistr dərəcəsi alması da Anarın qeyri-adi istedadının nəticəsi deyil. Bu, ona əməkdaşlıq etdiyi təşkilatların bonusudur.
A.Məmmədlinin rəhbərlik etdiyi SMDTM 2018-ci il Prezident, 2019-cu il bələdiyyə, eləcə də 2020-ci ildə keçirilmiş parlament seçkilərinin müşahidəsini aparıb. Ona həvalə edilən işin öhdəsindən “yüksək səviyyə”də gələn, aldığı təlimata uyğun hesabat hazırlayan Anarın beynəlxalq təşkilatlara göndərdiyi hesabatlarda yazılanların incəliyinə qədər varmırıq. Hesabatları yalnız şər-böhtanla dolu olan SMDTM “rəhbəri” bütün seçkilərin qeyri-demokratik mühitdə keçirilməsi barədə qərəzli hesabatlar təqdim edib.
Anar və anarkimilərinin bir məqsədi var və bunlar niyyətlərini gizlətmirlər. Azərbaycanın siyasi nüfuzuna zərbə vurmaq, ölkəmizin imicini zədələmək və Azərbaycanı dünyada qeyri-demokratik ölkə kimi təqdim etməyi qarşılarına məqsəd qoyan Anar Məmmədlinin təmsil olunduğu düşərgə yenə iş başındadır.
Artıq seçki başa çatmamış hesabatlarını hazırlayan və Avropadan göndərilən tezisləri hesabata salan Anar Məmmədli və dəstəsinin canfəşanlığı əbəsdir. Azərbaycanda tam demokratik seçkilər başlayıb və seçicilər istədikləri namizədə səs verirlər. O ki qaldı Qərbdən alınan qrantların hesabına özünü “demokratiya carçısı” sayan Anar Məmmədlinin vətənpərvəliyinə, onun nəzərinə çatdırırq ki, hesabına göndərilən vəsaitlərdə erməni diasporunun da pulları var. Bu gün Azərbaycanda ən çox aranı qarşıdırmaqda maraqlı olan erməni diasporudur və ermənilər də Anar Məmmədli kimi “ekspert”ləri satın almağın yolunu yaxşı bilir.
Görəsən, Azərbaycan əleyhinə açıq fəaliyyət göstərən bu şəxsə qarşı müvafiq qurumların dözümlülük göstərməsinə ehtiyac varmı? Anar Məmmədli və digərlərinin seçki ərəfəsindəki aşkar təxribat cəhdlərinə niyə göz yumulur? Hesab edirik ki, onların təxribat xarakterli şübhəli fəaliyyəti nəzarətə götürülməli və bu istiqamətdə ciddi araşdırmaya başlanmalıdır. Bu həm də digərlərinə ibrət dərsinin verilməsi üçün vacibdir.
Azərbaycanın dostları da, düşmənləri də bilməlidir – Biz heç kimi və heç nəyi unutmuruq!
İnanırıq ki, Anar Məmmədli də “unudulmayacaq”!
Vəli Həsənov,
KONKRET.az
Üzdəniraq bu yazının müəllifidir və bu rejimə qulluq edəndir. Yaltaqlar ölkə maraqlarına xidmət etməzlər.
Elə bil 1937 çi ildir. Həqiqəti deyəni agent çıxarırsınız. NKVD metodu ilə məqalə hazirlamisiniz