Məşhur “Le Monde” nəşri Türkiyənin Avropa İttifaqı üçün əvəzolunmaz müttəfiq olduğunu yazıb. Fransa qəzeti hazırda NATO ölkələri arasında ABŞ-dən sonra ən real hərbi gücün məhz Türkiyə olduğunu qeyd edib.
KONKRET.az xəbər verir ki, Türkiyənin ittifaqa qəbul edilməməsinin strateji səhv olduğunu vurğulayan nəşr, Almaniya və Fransanın “qoca qitə”nin mühafizəsində aciz qaldığını etiraf edib.
Qeyd edək ki, Türkiyə Rusiya-Ukrayna münaqişəsində daha çox neytral mövqedədir və barışdırıcı funksiya daşıyır.