“Qəzza artıq yaşayış üçün uyğun deyil” – BMTbackend

"Qəzza artıq yaşayış üçün uyğun deyil" - BMT

“Qəzza zolağı artıq yaşamaq üçün əlverişli yer deyil”.

KONKRET.az xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin baş komissarı Filip Lazzarini Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.

O, Cenevrədə qaçqınlar üçün keçirilən forumda iştirak etmək məqsədilə Qəzzadan qayıtdığını bildirib. Bu səfər onun müharibə başlayandan bəri şəhərə üçüncü səfəri idi və hər dəfə Qəzzada vəziyyətin daha da pisləşdiyini bildirir.

BMT nümayəndəsinin sözlərinə görə, Fələstin əhalisinin bombardmanlardan sığınacaq variantları tükənir. Belə ki, təhlükəsiz adlandırıla bilən yerlərin sayı durmadan azalır.

BMT-nin məlumatına görə, təxminən 1,87 milyon insan – Qəzza zolağı əhalisinin 80%-dən çoxu İsrailin bombardmanları və quru əməliyyatları nəticəsində evlərini tərk etmək məcburiyyətində qalıb. Həddindən artıq sıxlıq və pis sanitar şərait səbəbindən anklavda yoluxucu xəstəliklərin ciddi şəkildə artması müşahidə olunur.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*