“Qəzzada da daimi atəşkəs olması üçün çalışırıq”backend

"Qəzzada da daimi atəşkəs olması üçün çalışırıq"

Türkiyə prezidenti Ərdoğan Hizbullah ilə İsrail arasında imzalanan atəşkəs razılaşması ilə bağlı açıqlama verib.

KONKRET.az xəbər verir ki, bu barədə Ərdoğan qrup toplantısında danışıb.

“Təkcə bölgəmizdə deyil, bütün dünyada sülhün və əmin-amanlığın hökm sürməsi üçün gecə-gündüz çalışırıq. Türkiyə bu barədə öz rolunu gücləndirir. Rusiya – Ukrayna müharibəsi ,14-cü ayına çatan Qəzza soyqrımı daxil olmaqla baş verən bütün məslələrə töhfə verməyə hazırıq. Biz İsrail-Livan atəşkəsindən məmnunuq. Türkiyə olaraq Qəzzada da daimi atəşkəs olması üçün hər cür töhfə verməyə hazırıq”, – deyə o bildirib./milliaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*