“Qırğızıstanda Prezident Əliyevlə görüşəcəyəm” – Putinbackend

“Qırğızıstanda Prezident Əliyevlə görüşəcəyəm” - Putin

Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda keçiriləcək MDB sammitində Azərbaycan lideri İlham Əliyevlə görüş keçirməyi planlaşdırır.

KONKRET.az “TASS”a istinadın xəbər verir ki, Putin bu haqda Rusiya Enerji Həftəsinin plenar iclasında danışıb.

“Mən MDB-nin Qırğızıstanda keçiriləcək sammiti çərçivəsində Prezident Əliyevlə görüşəcəyəm”, – Rusiya lideri bildirib.

Putinin sözlərinə görə, ölkə liderləri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tikintisini müzakirə etməyi planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*