“Qırmızı Xaç” son 1 ayda 48 ermənini Ermənistana köçürdübackend

"Qırmızı Xaç" son 1 ayda 48 ermənini Ermənistana köçürdü

Beynəlxalq “Qırmızı Xaç” Cəmiyyətinin əməkdaşları sentyabrın sonundan etibarən Qarabağdan 48 erməni sakinin Ermənistana köçməsinə kömək ediblər.

KONKRET.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”a müsahibəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndəliyinin kommunikasiya proqramlarına cavabdeh Zara Amatuni bildirib.

“Köçürmə onların xahişi ilə, o cümlədən qohumlarına qovuşmaq məqsədilə təşkil edilib”, – Amatuni deyib.

O, həmçinin vurğulayıb ki, söhbət sentyabrın sonundan oktyabrın sonuna qədər olan müddətdən gedir.

Xatırladaq ki, Azərbaycan Ordusu sentyabrın 19-30-də Qarabağda antiterror tədbirləri keçirməklə separatizmi məhv edib. Bundan sonra Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyərək, kütləvi şəkildə könüllü olaraq Ermənistana köçüblər.Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*