Qızıl almağa imkanınız yoxdursa…backend

Qızıl almağa imkanınız yoxdursa...

Türkiyənin Qızıl və Pul Bazarları Mütəxəssisi İslam Memiş maraqlı təkliflə çıxış edib. O, yatırım etmək istəyən şəxslərə gümüşü məsləhət görüb.

KONKRET.az xəbər verir ki, iqtisadi şərhçi xüsusilə yaxın 3 ildə ən çox müzakirə olunan əmtəə məhsulunun gümüş olacağını bildirib.

Mütəxəssis deyib ki, gümüş 19,5 dollar səviyyəsinə çatdı, daha sonra 16 dollara düşdü. Amma növbəti illərdə yenidən gümüşün yüksəlişini görə bilərik. “Əvvəllər olduğu kimi, növbəti 3 il ərzində gümüşün 40 dollar səviyyəsinə qədər yüksələcəyini proqnozlaşdırıram. İnvestorlara məsləhət görürəm ki, qızıl almaq imkanınız yoxdursa, gümüş investisiya edə bilərsiniz”.

Qeyd edək ki, son vaxtlar dünyada əsas investisiya vasitəsi qızıl hesab olunur. Həm investorlar, həm də adi vətəndaşlar qızıl ehtiyatlarına daha çox üstünlük verir.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*