Qonşu ölkədə bir gündə 178 nəfər COVID-19-dan öldübackend

Qonşu ölkədə bir gündə 178 nəfər COVID-19-dan öldü

İranda ötən sutka ərzində 178 nəfər koronavirusdan (COVID-19) ölüb.

KONKRET.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 53 273 nəfərə yüksəlib.Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 121 nəfər koronavirisa yoluxub.

Beləliklə İranda bu virusa yoluxanların sayı 1 145 651 nəfərə çatıb. Virus daşıyıcılarından 5 627 nəfərin vəziyyəti ağırdır.Sadat Lari qeyd edib ki, İranda indiyədək 865 472 nəfər koronavirusdan sağalıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*