Qonşu ölkədə partlayış baş verdi – ÖLƏNLƏR VARbackend

Qonşu ölkədə partlayış baş verdi - ÖLƏNLƏR VAR

Çerkesskdə baş verən partlayış qurbanlarının sayı 5 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb. Xilasedicilər qəzanın beşinci qurbanının meyitini dağıntılar altından çıxarıblar.

Oktyabrın 31-də səhər saatlarında Qaraçay-Çərkəziyanın paytaxtında partlayış baş verib. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.

Evin qismən uçması nəticəsində 11 nəfərin xəsarət aldığı da məlum olub. Respublika hakimiyyəti onlara 300 min rubl ödəməyə söz verib. Xilas edilə bilməyənlərin yaxınlarına bir milyon rubl veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*