Qubada alma oğruları həbs edildi – FOTObackend

Qubada alma oğruları həbs edildi - FOTO

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 30-da gecə saatlarına Harun Abdullayevə məxsus bağ sahəsindən ümumi çəkisi 1 ton olan  40 yeşik alma məhsulunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalarla onların Əliməmmədoba kənd sakinləri Mahir Gəncəliyev, Zahid Niftəliyev, Rüstəm Şıxməmmədov və Zülfüqar Feyzullayev olduqları müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, oğurladıqları meyvələri Z.Niftəliyevə məxsus nəqliyyat vasitəsi ilə Xaçmaz rayonuna apardıqlarını və orada yerləşən bazarda ucuz qiymətə satdıqlarını bildiriblər.

Faktla əlaqədar Quba RPŞ-də cinayət işi açılıb. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Cəlal FƏRZƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*