Qubada meteoroloji dopler radar quraşdırıldı – FOTOLARbackend

Qubada meteoroloji dopler radar quraşdırıldı - FOTOLAR

Quba rayonunun II Nügədi kəndi ərazisində yeni quraşdırılan meteoroloji dopler radara baxış keçirilib.

KONKRET.az xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.

O  bildirib ki, Erkən Xəbərdarlıq Sisteminin vacib elementi olan dopler hava radarı atmosfer proseslərini izləməyə və erkən xəbərdarlıqların hazırlanmasına imkan verəcək və 100-150 km radiusda gözlənilən dolu-leysan prosesləri ilə bağlı bir neçə saat öncədən məlumat almaq mümkün olacaq.

“Eyni zamanda, dopler radar vasitəsilə, Böyük Qafqazın cənub – şərq yamacı çaylarında baş verə biləcək sel və daşqınlar barədə erkən xəbərdarlıqlar da tərtib ediləcək”, – N. Mahmudov vurğulayıb.

Xidmət rəisi qeyd edib ki, radar sisteminin idarə olunması fasiləsiz olaraq avtomatlaşdırılmış rejimdə həyata keçiriləcək.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*