Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbiri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Xalid Hacızadə və 29 yaşlı Cəbrayıl İlyasov saxlanılıb. Saxlanılan zaman hər iki şəxsin üzərindən narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, dindirilmə zamanı Xalid Hacızadə və Cəbrayıl İlyasov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduqlarını, narkotikləri isə Xalid Hacızadənin kirayə yaşadığı evdə saxladıqlarını etiraf ediblər. Polis əməkdaşları tərəfindən mənzilə keçirilən baxış zamanı oradan heroin və marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və istintaq tədbirləri davam etdirilir.
Hazırladı: Günel MUSEYİB, Cəlal FƏRZƏLİYEV