“Quli” və “Lənkəranski”nin klanları hələ də qanlı müharibələr aparır” – Rusiya rəsmisi – FOTObackend

“Quli” və “Lənkəranski”nin klanları hələ də qanlı müharibələr aparır" - Rusiya rəsmisi - FOTO

“Biz hələ də 90-cı illərdən qalma, necə deyərlər, “köhnə” banditlərlə mübarizə aparırıq. Hələ onların axırına çıxmaq mümkün olmayıb. İndi isə yeni banditlər – etnik qruplaşmalar peyda olub”.

KONKRET.az xəbər verir ki, bunu Sankt-Peterburq televiziyasına müsahibəsində Rusiya İstintaq Komitəsinin Regional İdarəsinin rəisi Yuri Yaşkov bildirib.

Onun dediyinə görə, hazırda Sankt-Peterburqun özündə ən güclü kriminal qruplaşmalar azərbaycanlılardır.

“Mən deyərdim ki, onlar bütün Rusiyada güclüdürlər. Onlar Sankt-Peterburqda, İstanbulda, Tbilisidə hələ də vuruşurlar. Siz təsəvvür edin. Onların liderləri “Lotu Quli” və “Rövşən Lənkəranski” həyatda olmasa da, amma planları amansız müharibə aparır. Ortada sifarişli ölümlər var və bu hələ də davam edir”, – deyə o bildirib.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*