Ramiz Mehdiyevi bu qədər həbs gözləyirbackend

Ramiz Mehdiyevi bu qədər həbs gözləyir

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, Ramiz Mehdiyevi ittiham olunduğu maddələr üzrə aşağıdakı müddətlər üzrə mümkün həbslər gözləyir:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278-ci maddəsi “Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama” maddəsidir. Bu maddəyə əsasən, Azərbaycan Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, hakimiyyətin zorla saxlanılmasına və dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər nəzərdə tutulur. Bu cinayətlərə görə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunur.

Cinayət Məcəlləsinin 274-cü, yəni “Dövlətə xəyanət” maddəsidir. Bu maddə, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə qəsdən törədilən əməlləri, o cümlədən düşmən tərəfinə keçmə, casusluq və dövlət sirrinin xarici dövlətə verilməsi kimi cinayətləri əhatə edir. Bu əməllərə görə cəzalar Cinayət Məcəlləsinin digər maddələrinə uyğun olaraq müəyyən edilir. Bu kimi cinayətlərə görə on beş ildən iyirmi ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-cü maddəsi  Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması (yuyulması) adlanır. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı qanuni mənbədən əldə olunmuş kimi göstərmək məqsədilə onların mənşəyini gizlətmək; yerini, hərəkatını, onlara sahiblik və ya istifadə hüququnu dəyişdirmək; yaxud həmin əmlakı dövlət və ya hüquqi dövriyyəyə daxil etmək; beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddə həmçinin aşağıdakı hallarda daha ağır cəzalar nəzərdə tutur:

193.1.1. Əgər bu əməl bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədilərsə — yeddi ildən on iki ilədək azadlıqdan məhrum etmə.

193.1.2. Əgər bu əməl xüsusilə külli miqdarda pul vəsaitlərinə və ya əmlaka aid olarsa  – səkkiz ildən on beş ilədək azadlıqdan məhrum etmə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*