Hazırda ağır ittihamlarla həbs olunmuş Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin Bakının Novxanı kəndində 5 mərtəbəli qoşa villaları var.
KONKRET.az nocomment.az-a istinadən xəbər verir ki, Novxanı sakinləri indiyədək bu villalarda heç kimin yaşamadığını bildirirlər.
Qeyd edək ki, 5 mərtəbəli villaların hər biri 1 hektarlıq ərazidə yerləşir. Onları sadəcə hasar ayırır.