Xalq artisti tarzən Ramiz Quliyevin səhhətində müsbət dinamika hiss olunur.
KONKRET.az report-a istinadla xəbər verir ki, bu barədə oğlu Əyyub Quliyev məlumat yayıb.
Əməkdar artistin sözlərinə görə, ustad tarzənin müalicəsi reanimasiya şəraitində davam etdirilir:
“Əsas narahatlıq verən tənəffüs sistemi idi ki, artıq bu da bərpa olunur, özü nəfəs alır. Eləcə də digər orqanlarında da bərpa istiqamətində irəliləyiş hiss olunur”.
Əyyub Quliyev müalicənin müsbət nəticəsindən asılı olaraq, Xalq artistinin evə buraxıla biləcəyinin mümkün olduğunu da əlavə edib
Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
Sənətkarın müalicə prosesini Heydər Əliyev Fondu nəzarətə götürüb.