ReAL-ın yeni sədri nə vaxt məlum olacaq? – Partiyadan AÇIQLAMAbackend

ReAL-ın yeni sədri nə vaxt məlum olacaq? - Partiyadan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ReAL Partiyasının sədri İlqar Məmmədov tutduğu vəzifədən istefa verib. Onun ərizəsi partiyanın Siyasi Komitəsi (SK) tərəfindən qəbul olunub. ReAL-ın açıqlamasında vurğulanıb ki, yeni sədr fəaliyyətinə oktybarın 1-də başlayacaq. Məlumat üçün qeyd edək ki, sözügedən partiyada sədr Siyasi Komitə tərəfindən seçilir və yalnız SK-ya üzv olanlar ReAL-ın birinci şəxsi olmaq hüququna malikdir.

Qeyd edək ki, Siyasi Komitənin İlqar Məmmədovdan başqa 7 üzvü var. Onlar aşağıdakılardır:

Erkin Qədirli, Natiq Cəfərli, Rəsul Cəfərov, Mahmud Mahmudov, Elçin Əliyev, Zöhrab Əliyev, Toğrul İskəndərli.

Maraqlıdır, yeni sədr nə vaxt seçiləcək?

KONKRET.az bu sualla partiyanın icra katibi Natiq Cəfərliyə müraciət edib:

“Məlum olduğu kimi, partiyanın idarəedici orqanı Siyasi Komitədir (SK). Hazırda işimizdə axsaqlıq yoxdur. Partiyadaxili müzakirələrimiz gedir. Ola bilər ki, bu və ya ən geci növbəti həftənin əvvəlində yeni sədrin aydına aydınlıq gələcək. Ümumilikdə SK-də 8 nəfər var və onların hər biri İlqar Məmmədovu əvəz etməyə layiqdirlər. Potensialları yüksəkdir. Təbii ki, sədrliyə namizədlər sırasında mən də varam. Belə bir məsuliyyətli iş mənə tapşırılacaqsa, onu məmnuniyyətlə yerinə yetirməyə hazıram”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*