“Hər zaman bu mövzuda Qurban müəllimə zarafat edirəm”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov İTV-nin efirində deyib.
Təcrübəli mütəxəssis Qurban Qurbanovun Milli kamandadan ayrılmasını belə şərh edib:
“Deyirəm ki, sən yeganə məşqçisən ki, millidə rəsmi oyunda 1 məğlubiyyətin var və buna görə getmisən. Rekord səndədir. Dünyada başqa belə bir məşqçi yoxdur”.
