Rus əsgərləri ilk dəfə İŞİD-in paytaxtına daxil oldubackend

Rus əsgərləri ilk dəfə İŞİD-in paytaxtına daxil oldu

Rus qoşunları ilk dəfə İŞİD-in keçmiş paytaxtı Raqqaya daxil olub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya qüvvələri şəhərdə 2000 ərzaq paketi paylayıb. Ehtiyacı olan insanlara yardım üçün bölgəyə həkimlər də göndərilib.

Rusyanın Suriyadakı  Münaqişə edən tərəflərin Barışıq Mərkəzinin əməkdaşı Vladimir Varnavskiy ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın keçirdiyi antiterror əməliyyatları zamanı şəhərin infrastrukturunun tamamilə məhv olduğunu söyləyib. Hava və artilleriya hücumlarında minlərlə mülki şəxs həlak olub.

Bu günə qədər dağıntıların və partlayıcıların təmizlənməsi üçün heç bir iş görülməyib. Şəhərdə içməli su, tibbi ləvazimatlar və ərzaq qıtlığı hökm sürür. Suriya Xarici İşlər Nazirliyi koalisiyanın hərəkətlərini soyqırım kimi qiymətləndirib.

2013-cü ilin yazında İŞİD-in Rəqqanı ələ keçirməsi nəticəsində 250 min nəfər insan öz yurdundan didərgin düşüb. Bir il sonra, şəhər terror təşkilatının paytaxtı olub.

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə Demokratik Suriya Qüvvələrinin aylarla davam edən əməliyyatı nəticəsində 2017-ci ilin oktyabrında şəhər terrorçulardan azad edilib.

Hazırladı: Günel Museyib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*