Rusiya idman yarışlarından məhrum edildibackend

Rusiya idman yarışlarından məhrum edildi

Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsinin iclası keçirilib.

KONKRET.AZ “Apasport.az”a istinadla xəbər verir ki, komitə qurumun Uyğunluq üzrə komitəsinin tövsiyəsini yekdilliklə dəstəkləyib.

Bununla da Rusiya Antidopinq Agentliyi (RUSADA) WADA-nın uyğunluq statusundan məhrum edilib. Rusiya 4 il müddətində dünya çempionatlarını qəbul etmək, belə yarışların təşkili üçün sifariş vermək hüququndan məhrum edilib. Bu müddətdə Rusiya idmançıları Olimpiya Oyunları və dünya çempionatlarında öz milli bayraqları altında çıxış edə bilməyəcəklər.

İcraiyyə Komitəsi həmçinin rusiyalı dövlət qulluqçuları və Olimpiya və Paralimpiya Komitəsinin rəhbərlərinin beynəlxalq idman tədbirlərini ziyarət etməsinə dördillik qadağa qoyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*