Rusiya ərazisi Ukraynanın kütləvi pilotsuz uçuş aparatları (PUA) hücumuna məruz qalır. İki sutkaya yaxındır davam edən intensiv hücumlar nəticəsində Ukrayna PUA-ları birbaşa Moskva istiqamətində hərəkət edir.
KONKRET.az xəbər verir ki, yaranmış təhlükə səbəbindən Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb. Hazırda hava məkanında ciddi nəzarət tədbirləri həyata keçirilir, hava hücumundan müdafiə sistemləri aktiv vəziyyətə gətirilib.
Müşviq Tofiqoğlu,
KONKRET.az