Rusiya minlərlə miqrantı cəbhəyə göndərdibackend

Rusiya minlərlə miqrantı cəbhəyə göndərdi

“Bu ilin 4 ayı ərzində Moskvaya 1,2 milyondan çox miqrant gəlib”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bildirib.

Onun sözlərinə görə, Rusiya vətəndaşlığını qəbul etmiş 10 minə yaxın miqrant Ukraynaya müharibəyə yollanıb.

Rusiya pasportu almış 30 mindən çox əcnəbi də hərbi qeydiyyata alınıb.

“Biz Konstitusiyanın və qanunlarımızın vətəndaşlıq qəbul etmiş şəxslərin hərbi qeydiyyatdan keçməli və lazım gəldikdə xüsusi hərbi əməliyyatda iştirak etmələri ilə bağlı müddəalarını həyata keçirməyə başladıq”.
– deyə istintaq komitəsinin rəhbəri deyib.

Qeyd edək ki, müvafiq QHT təşkilatları qətllərin sayını azaltmaq üçün miqrantları daha əvvəl cəbhəyə göndərməyə çağırıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*