Rusiya MN yenə “Dağlıq Qarabağ”, “Martuni” YAZDIbackend

Rusiya MN yenə “Dağlıq Qarabağ”, “Martuni” YAZDI

“Rusiya sülhməramlıları Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasını qeydə alıblar”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin fəaliyyəti haqqında martın 14-də yayılan bülletenində deyilir.

“Martuni (Xocavənd- red.) rayonu ərazisində atəşkəs rejiminin pozulması baş verib. İtki yoxdur”, – məlumatda deyilir.

Nazirlikdən qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

Göründüyü kimi, Rusiya Müdafiə Nazirliyi yenə də “Dağlıq Qarabağ” və “Martuni”  ifadələrindən istifadə edir.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə Rusiya tərəfinə etiraz edərək diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur. Eyni zamanda bildirilib ki, Azərbaycan ərazisində Martuni adında rayon yoxdur və həmin rayonun adı Xocavənddir. Bu səbəbdən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya Federasiyasının Müdafiə Nazirliyini ölkəmizin suveren ərazilərinə Azərbaycan Respublikasında mövcud olmayan inzibati-ərazi vahidləri adı altında müraciət edilməsi təcrübəsinin dayandırılmasına çağırıb./Moderator.az

 

  • Şəmsəddin
    Mart 15, 2023 - 21:39

    Qarabağ Azərbaycandır ! Dəmir Yumruq işə düşməlidir. Hər bir keçən gün bizim ziyanımıza işləyir.

Şəmsəddin üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*