Rusiya Qafan şəhərində Baş Konsulluq açırbackend

Rusiya Qafan şəhərində Baş Konsulluq açır

Rusiya və Ermənistan arasında yeni diplomatik nümayəndəliklərin açılması ilə bağlı danışıqlar aparılır.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Vladikavkazdakı Xarici İşlər Nazirliyi nümayəndəliyinin rəhbəri məlumat verib.

Onun sözlərinə görə, tərəflər Rusiyanın Ermənistanın Qafan şəhərində Baş Konsulluğunun, eyni zamanda Ermənistanın Vladikavkazda Konsulluq şöbəsinin açılması məsələsini müzakirə edirlər.

Qeyd olunub ki, yeni diplomatik nümayəndəliklərin fəaliyyətə başlaması iki ölkə arasında konsulluq xidmətlərinin genişləndirilməsinə və vətəndaşlara göstərilən xidmətlərin asanlaşdırılmasına xidmət edəcək.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*