Rusiya sülhməramlıları Qarabağdan bu tarixdə çıxacaq – “Tarixi şərait yetişdi”backend

Rusiya sülhməramlıları Qarabağdan bu tarixdə çıxacaq - “Tarixi şərait yetişdi

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “AzPolitika.info”-ya müsahibəsində Yaxın Şərqdə baş verən İsrail-Fələstin münaqişəsi, Türkiyə və digər region ölkələrinin bu münaqişədə tutduğu mövqe, sülhməramlıların Qarabağdakı fəaliyyəti, eləcə də ölkə başçısının Gürcüstana səfəri ilə bağlı sualları cavablandırıb. 

KONKRET.az müsahibəni oxuculara təqdim edir:

– Qabil bəy, Yaxın Şərqdə başlayan müharibə genişlənə, region ölkələrini əhatə edə bilərmi? Sizcə İsrail-İran arasında genişmiqyaslı toqquşmalar gözlənilirmi? 

– Hələlik müharibə İsrail-Fələstin regionunda cərəyan edəcək. Düşünürəm ki, bu müharibə uzun müddətli olmayacaq. İsrail qısa zaman ərzində HƏMAS-ın bütün hərbi strukturlarını sıradan çıxaracaq, bu qruplaşmanı yararsız bir vəziyyətə salacaq. Amma onu deyə bilərəm ki, bu gün İsrail və ABŞ bölgədə bu toqquşmanı təşkil edən İran haqqında ciddi müzakirələr aparırlar. ABŞ-ın bir neçə təyyarə daşıyan gəmisi həm Hörmüz körfəzinə, həm də Aralıq dənizi ilə İsrailə doğru yaxınlaşır.

Təbii ki, hədəflərində İran var. İran uzun müddətdir ki, Yaxın Şərq bölgəsini qarışdırır və bundan müəyyən dividendlər əldə etməyə çalışır. İranın bu cür “böyük dövlətçilik” siyasəti Yaxın Şərqdə İsrailə və ABŞ-a baha başa gələ bilər. İndiyə qədər İran təhdid edilirdisə, bundan sonra ona qarşı konkret planların həyata keçirilməsi prosesi başlana bilər. Zənnimcə bu, dərhal baş verməyəcək. Bunun üçün ən azı bir neçə ay keçməlidir. Çünki İranla bağlı məsələlər diqqətlə düşünülməli, ölçülüb – biçilməlidir ki, bu da ən azı bir neçə ay vaxt tələb edən bir məsələdir.

– İran və Rusiya HƏMAS-ı, Türkiyə isə Fələstini dəstəkləyir. Azərbaycanın isə İsraillə yaxşı münasibətləri var. Bu yanaşma ölkələr arasında gərginliyə səbəb ola bilərmi? 

– Əvvəla qeyd etməliyik ki, Türkiyə HƏMAS-ı dəstəkləmir. Bəli, vaxtilə dəstəkləyirdi. Hətta HƏMAS-ın başçısı İsmayıl Hani İstanbulda yaşayırdı. Sonradan o ölkədən çıxarıldı. HƏMAS indi İranın caynağındadır. Türkiyə bu məsələdə neytral mövqe tutmağa çalışır, İsrail ilə Fələstin arasında balanslaşdırılmış bir siyasət yürüdür. İsrail də son vaxtlar Türkiyə ilə normallaşan münasibətlərini poza biləcək addımlar atmaqdan çəkinir. HƏMAS-a Rusiya ilə birlikdə ən böyük dəstək verən ölkə İrandır. Hesab edirəm ki, artıq gələn ilin əvvəllərində Yaxın Şərqin əsas problemlərindən birinə çevrilən İranda ən azından siyasi dəyişikliklərin edilməsinə yönəlik addımlar atılacaq və bu, dediyimz kimi, ABŞ və İsrailin birgə hərbi əməkdaşlığı altında gerçəkləşəcək.

– Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Qarabağda qalacaq. Sizcə bu, nə dərəcədə doğrudur? 

– Rusiya regionu yenidən qarışdırmağa çalışır. Yenidən bölgədəki reallıqlara uyğun gəlməyən iddialar irəli sürür. Məsələn, Vladimri Putin bir şey, xarici işlər nazirinin müavini Mixail Qaluzin başqa bir şey söyləyir. Putin deyir ki, sülhməramlılar Qarabağdan çıxarılacaq. Qaluzin isə iddia edir ki, onların hələ bölgədə görəcəyi işlər var. Bir sözlə, Rusiya tamamilə başını itirib. Anacaq düşünürəm ki, növbəti ilin əvvələrində Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması üçün lazım olan şərait yetişəcək.

– Ölkə başçsının Gürcüstana səfərini necə qiymətləndirirsiniz? Brüsselin vasitəçiliyini Tiflis əvəz edə bilərmi? 

– Prezidentin səfəri uğurlu bir səfər idi. Bu səfər Cənubi Qafqazda sülhün yaradılması istiqamətində atılmış ciddi addımlardan biridir. Bu, ümumi Qafqaz evi ideyasının reallaşması üçün ciddi perspektivlər yarada bilər. Gürcüstan da bu missiyanı öz üzərinə götürməyə hazır olduğunu bildirib. Özü də bu məsələ artıq bir neçə dəfədir ki, Azərbaycan ilə Gürcüstan arasında müzakirə olunurdu və görünür artıq ortaq qəraragəliblər. İndi Ermənistan da bu təkliflə razılaşarsa, məsələ tez bir şəkildə öz həllini tapacaq. Amma hesab edirəm ki, Avropa Birliyi və ABŞ Ermənistanı caynaqlarından buraxmayacaq və çalışacaq ki, sülhyaratma prosesi mütləq Kollektiv Qərbin dəstəyi və iştirakı ilə həyata keçirilsin”.

  • Orkhan Sharif
    Oktyabr 12, 2023 - 11:22

    Bravo!

  • Rəfael
    Oktyabr 12, 2023 - 14:36

    Əgər rus əskəri kontingenti Qarabağdan bu tezliklə çıxarılsa, ermənilərin ora qayıdışı intensivlışdiriləcək və kifayət qədər erməni qayıdan kimi, istənilən yolla münaqişə yaradılacaq.
    Bu isə regiona yeni kontingentin girməsinə şərait yarada bilər. Məncə, rusların Qarabağda müqavilə müddətinə qədər qalması düz olardı.
    Ancaq rusların təchizatının Azərbaycan üzərindən aparılması, ermənistan tərəfə heç bir ucuşa icazə verilməməsi, birinci və qəti şərt olmalıdır.

    • Ahc
      Oktyabr 13, 2023 - 14:21

      Siəz deyəsən rusun burada vəkili rolu həvalə olunub.yoxsa bilərdiniz ki,rus harada varsa orada münaqişə,qan ,qada olacaq.bizim indiyə qıdər başimıza gətirilən bütün bəlaların müəllifi və icraçısı sizin sevimli rusiyanızdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*