Rusiya-Ukrayna müharibəsində BİR İLK: Kiyevin bu addımı YENİLİK OLDUbackend

Rusiya-Ukrayna müharibəsində BİR İLK: Kiyevin bu addımı YENİLİK OLDU

Rusiya-Ukrayna müharibəsi dünya hərb tarixində misli görünməmiş hadisələrlə yadda qalmağa davam edir. Bu yaxınlarda baş verən mühüm bir inkişaf hərbi texnologiyalarda yeni mərhələyə keçidi nümayiş etdirdi.

KONKRET.az xəbər verir ki, Ukraynanın pilotsuz dəniz döyüş vasitəsindən (SİDA) atılan raket Rusiya hərbi təyyarəsini vuraraq onu sıradan çıxardı.

Beləliklə, tarixdə ilk dəfə olaraq bir pilotsuz dəniz platforması qırıcı təyyarəni vurmaqla, bu sahədə yeni dövrün başlanğıcını qoydu.

Hərbi Hava Qüvvələri baxımından bu, bir ilk olsa da, Ukrayna əvvəl oxşar üsulla Rusiya helikopterini də vurmuşdu.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*