Rusiya-Qazaxıstan kosmik əməkdaşlığı çərçivəsində həyata keçirilən “Bayterek” layihəsi yekun mərhələyə qədəm qoyub,
KONKRET.az-ın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov qeyd edib ki, bu il Baykonur Kosmodromunun 70 illiyi qeyd olunur və layihə milli kosmik proqramın inkişafına mühüm töhfə verir.
Qazaxıstanla birgə buraxılış üçün nəzərdə tutulan Rusiyada hazırlanmış “Soyuz-5” raketi isə yaxınlarda uğurlu atəş sınağını keçib.
Müşviq Tofiqoğlu
KONKRET.az