Rusiyada saxlanılan azərbaycanlı qatil namus üstündə cinayət törədib – YENİLƏNİB + FOTO/VİDEObackend

Rusiyada saxlanılan azərbaycanlı qatil namus üstündə cinayət törədib - YENİLƏNİB + FOTO/VİDEO

Moskvada saxlanılan azərbaycanlı xüsusi təhlükəli cinayətkar Cabbar Yusifi anasını təhqir edən şəxsi qətlə yetirdiyinə görə bir neçə ölkədə İnterpol xətti ilə axtarışa verilib.

KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya”ya Yusifinin ilk məşqçisi Əsgər Kalaşov məlumat verib.

Kalaşovun sözlərinə görə, onun tələbəsi söhbət zamanı anasına təcavüz edən şəxslə haqq-hesab çəkdiyini etiraf edib.

“Axtarış siyahısına salındıqdan sonra mənə zəng edərək dedi ki, anasına hücum edən, ya zorlamağa cəhd edən, ya da artıq zorlayan şəxsi öldürüb. Onu məqsədyönlü şəkildə əvvəlcə Rusiyada, sonra isə qaçdığı Ukraynada axtarıb”, – deyə məşqçi bildirib.

***

16:11

Rusiyada Azərbaycandan olan xüsusi təhlükəli cinayətkar saxlanılıb.

KONKRET.az xəbər verir ki, əldə olunan məlumata görə, o, avtomobili yoxlamaq üçün Moskva dairəvi yolunda dayanmaq tələbinə məhəl qoymayıb. Bundan sonra polis qanun pozucusunu təqib etməyə başlayıb. Cinayətkar avtomobili yaşayış evlərinin birinin yaxınlığında qoyaraq qaçmağa cəhd edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları xəbərdarlıq atəşi açaraq onu dayanmağa məcbur ediblər.

Polis axtarış zamanı cinayətkarın üzərində silah tapıb. Məlum olub ki, həmin şəxs eyni vaxtda bir neçə ölkədə axtarışda olan Cabbar Yusifidir. Onun adı Ukrayna vətəndaşının qəsdən öldürülməsinə görə “Interpol”un məlumat bazasındadır. Bundan əlavə, 29 yaşlı gəncin adı qanunsuz silah saxladığı üçün Rusiya bazasında qeydiyyatdadır.

Xatırladaq ki, Cabbar Yusifi Ukraynanın Dnepropetrovsk şəhərində 2021-ci il aprelin 22-də nümayişkaranə qətl həyata keçirib. Belə ki, 42 yaşlı Məmmədov Anar Xudakərim oğlunu azyaşlı uşağının yanında güllələyərək, hadisə yerindən qaçıb.

Cabbar Yusifi özü peşəkar idmançıdır, dəfələrlə əlbəyaxa döyüş və yunan-roma güləşi üzrə yarışlarda iştirak edib.

Mənbə: Kartoteka

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*