Rusiyada azərbaycanlılar polis idarəsini mühasirəyə aldılar + FOTObackend

Rusiyada azərbaycanlılar polis idarəsini mühasirəyə aldılar + FOTO

Rusiyanın Novosibirsk şəhərində polis idarəsi 50-dən çox azərbaycanlı tərəfindən mühasirəyə alınıb.

KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, buna səbəb azərbaycanlı gənc Vəkil Abdullayevin 3 il əvvəl yol polisi əməkdaşı tərəfindən öldürülməsidir.

Vəkilin fotosu

İnsidentə səbəb olan hadisənin təfərrüatları isə aşağıdakı kimidir:

Yol polisi müfəttişləri “Toyota” markalı avtomobilə “saxla” əmri versələr də, sürücü buna məhəl qoymayıb və polislərlə içərisində azərbaycanlı gənclərin (Vəkil, İlkin və Ruslan – red) olduğu “Toyota” arasında qaçdı-tutdu oyunu başlayıb. Avtomobil saxlanılarkən bəlli olub ki, maşının 40-dan çox digər cəriməsi də var. Tərəflər arasında yaşanan mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

İnsident zamanı çəkilmiş foto

Müfəttişlər Ruslanı “QAİ” maşınına mindirmək istəyəndə isə dostu Vəkil baş verənləri lentə alıb və bu, yol polislərini daha da qəzəbləndirib. Azərbaycanlı gənclər onlara hücum edən polisə müqavimət göstəriblər. Bu zaman müfəttişlərdən biri Vəkilə atəş açıb. Həkimlər 20 yaşlı azərbaycanlıya yardım etməyə çalışsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

DYP əməkdaşı ifadəsində qeyd edib ki, münaqişə zamanı tətiyi qeyri-ixtiyari çəkib. Bununla da iş ehtiyatsızlıqdan adam öldürmək maddəsi ilə davam etdirilib və sonda azərbaycanlı gəncin ölümünə səbəb olan inspektor sərbəst buraxılıb.

Bu isə şəhərdəki azərbaycanlıların etirazına və polis idarəsini mühasirəyə almalarına səbəb olub.

Nazim QƏNİYEV,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*