Rusiyada kərə yağı istehsalı kəskin azaldı – Azərbaycana təsiri olacaq?backend

Rusiyada kərə yağı istehsalı kəskin azaldı - Azərbaycana təsiri olacaq?

Rusiyada kərə yağı mallarının qiymətlərində artım olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Məlumata görə, süd məhsulları istehsalçıları kərə yağı istehsalının həcminin azaldığını və federal pərakəndə satış şəbəkələrinə bu kateqoriyadan olan malların qiymətlərində mümkün artım barədə xəbərdarlıq ediblər. Biznes nümayəndələrinin sözlərinə görə, bu qərara səbəb xammal çatışmazlığı və xərclərin kəskin artması olub. Nəticədə bəzi növ kərə yağlarının daşınması müvəqqəti olaraq dayandırılıb.

“İstehsalçılar qaymaq qiymətlərində kəskin artımla üzləşiblər: ötən ilin eyni dövrü ilə müqayisədə ilin birinci yarısında 39%, 2024-cü ilin səkkiz ayında isə 46% olub. Həmçinin, kərə yağının qiyməti 48 və 55% artıb” .

Bu artım “Selo Zelenoe” və “Kənd yağı” kimi məhsullara təsir edib.

İstehsalçıların qərarına təsir edən əsas amillər kimi isə ehtiyatların aşağı olması, kərə yağının qlobal qiymətlərinin artması və emal şirkətlərinin az yağlı südə tələbatının artması olub./Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*