Sumqayıt şəhərində fərdi evdə çalışan ustanı elektrik cərəyanı vurub.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin “Mero” adlanam ərazisində qeydə alınıb.
1978-ci il təvəllüdlü Qoşqar İsa oğlu Məmmədov fərdi evdə işləyərkən onu elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.(report)