Rusiyada polisin hər yerdə axtardığı azərbaycanlı iş adamı kimdir? – “Bizi əsir götürmüşdü”backend

Rusiyada polisin hər yerdə axtardığı azərbaycanlı iş adamı kimdir? - "Bizi əsir götürmüşdü"

Rusiya polisi Xanti-Mansi Muxtar Dairəsinin Kurqan şəhərində fəaliyyət göstərən azərbaycanlı iş adamının axtarışına başlayıb.

KONKRET.az xəbər verir ki, buna səbəb iş adamı ilə bağlı Rusiya mətbuatında yayımlanan materiallar olub.

Belə ki, həm “İP Məmmədli Amin Allahverdi oğlu” şirkətinin, həm də “UKM” MMC-nin sahibi olduğu bildirilən Amin Məmmədlinin işçilərini əsir götürdüyü, onlara qarşı fiziki güc tətbiq etdiyi barədə iddialar səsləndirilib.

Şikayətçi olan işçilərdən biri deyib ki, heç bir ödəniş edilmədən işlədilib, işini dəyişmək qərarına gələndə isə azərbaycanlı müdiri və onun çoxsaylı mühafizəçiləri tərəfindən vəhşicəsinə döyülüb:

“Onların əlindən qaça bildim. Amma hələ də canımı onlardan qurtara bilməmişəm. Mütəmadi olaraq telefonuma zəng edir və məni hədələyirlər”.

Mətbuata danışan şikayətçi Aminin yuxarı dairələrlə əlaqələrinin olduğundan hər şeyi nəzarəti altında saxlaya bildiyini deyib: “Elə buna görə də əvvəlcə polislə şikayət etməyə cəsarət etmirdim”

Polisin mətbuatda yayılan məlumatlarla bağlı hərəkətə keçdiyi bildirilir.

Nazim QƏNİYEV,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*