Rusiyada Ramiz Mehdiyevin həbsinə inanılmaz reaksiya – FOTObackend

Rusiyada Ramiz Mehdiyevin həbsinə inanılmaz reaksiya – FOTO

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ötən gün həbs edilib.

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, adı daim Rusiya agentura şəbəkəsinin lideri kimi çəkilən Ramiz Mehdiyevin həbsi şimal qonşumuzun mediasında da geniş işıqlandırılıb.

Rusiyanın ən böyük media orqanlarından “RİA Novosti” agentliyi həbs xəbərini Azərbaycan mediasına istinadla verməyib, Səbail Rayon Məhkəməsindən məlumat əldə edib.

Diqqətçəkən məqam Rusiyanın məşhur Lenta.ru nəşrinin Ramiz Mehdiyevlə bağlı xəbərin sonunda əvvəllər “Vaqner”də döyüşən iki Azərbaycanlının həbs olunmasını da qeyd etməsidir.

Nəşrin bir-biri ilə əlaqəsi olmayan iki xəbəri birləşdirməsi sual doğurub.

WhatsApp Image 2025 10 15 at 10.25.04

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*