Rusiyanın Ulan-Ude şəhərində təxminən yeddi kiloqram çəkidə qız uşağı dünyaya gəlib.
KONKRET.az Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə yerli perinatal mərkəzdən məlumat verilib.
Bildirilir ki, çəkisi 6 700 qram, boyu 66 santimetr olan uşaq oktyabrın 11-də doğulub.
Qeyd olunur ki, peşəkar komandanın koordinasiyalı işi sayəsində doğuş rahat keçib. Həkimlər xoşbəxt ailəni qızlarının dünyaya gəlməsi münasibətilə təbrik edib, ona sağlam, xoşbəxt və sevgi dolu həyat arzulayıblar.