Rusiyanın Ermənistanla bağlı ən böyük QORXUSU: Overçuk AÇIQLADIbackend

Rusiyanın Ermənistanla bağlı ən böyük QORXUSU: Overçuk AÇIQLADI

Rusiya Ermənistan səmasının bağlanmasında qorxur.

KONKRET.az-ın xəbərinə görə, Rusiya ehtiyat edir ki, Ermənistanın dərinləşən Avropaya inteqrasiyası onun hava məkanının Rusiya təyyarələri üçün bağlanmasına səbəb olacaq.

Bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun sessiyasında çıxış edən Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Baxın, hazırda bizim Avropa İttifaqı ilə heç bir hava əlaqəmiz yoxdur. Avropa İttifaqı səmalarını Rusiya təyyarələrinin üzünə bağlayıb. Ermənistan da səmalarını bağlayacaq? Əgər Avropa Birliyinə daxil olsa, bəli, çünki Brüssel İrəvandan səmanın bağlanmasını tələb edəcək. Biz buna məhəl qoymaya və bu məsələlər haqqında düşünməyə bilmərik. Biz bu barədə düşünürük və qiymətləndiririk”, – Overçuk vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*