Rusiyanın “eşidən qulağı və görən gözü” İrəvanda – Özüylə məxfi siyahı aparıbmışbackend

Rusiyanın “eşidən qulağı və görən gözü” İrəvanda - Özüylə məxfi siyahı aparıbmış

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov cümə günü tezdən İrəvana gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

“Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri artıq İrəvandadır, onu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan qarşılayıb. Artıq onlar arasında görüş keçirilib”, – deyə təhlükəsizlik idarəsindən qeyd ediblər.

Bundan əvvəl “Hraparak” qəzeti A.Bortnikovun Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası məsələlərini müzakirə etmək üçün baş nazir Nikol Paşinyanın xahişi ilə Ermənistan paytaxtına gələcəyini yazmışdı. Qeyd edilirdi ki, Bortnikov İrəvandan Bakıya gedəcək.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik xidmətinin rəisi Armen Abazyan dekabr ayında iki dəfə Moskvada olub.

Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Abazyanın qarşısına Ermənistan hakimiyyətindəki “sorosçu şəbəkə”nin üzvlərinin siyahısı qoyulub. Ondan həmin şəxslərin görəvdən alınması tələb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*