“Rusiyanın Laçın dəhlizinin açılması ilə bağlı planı var” – Babayanbackend

"Rusiyanın Laçın dəhlizinin açılması ilə bağlı planı var" - Babayan

“Rusiyanın Laçın dəhlizinin açılması ilə bağlı planı var”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun “müşavir”i və “keçmiş xarici işlər naziri” David Babayan deyib.

“Ay yarımdan artıqdır ki, “blokada”da olan Qarabağ xalqının həyatında heç bir müsbət irəliləyiş yoxdur. Azərbaycanlılar Qarabağı dünya ilə birləşdirən yeganə yolu “bağlı” saxlamaqda davam edirlər.

Ümumiyyətlə, biz ifrat addımlardan çəkinməliyik. 9 noyabr 2020-ci il tarixli bəyanata əsasən, Laçın dəhlizi Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasıdır. 

Rusiyanın Laçın dəhlizinin açılması ilə bağlı planı var.

Biz heç vaxt Azərbaycanın bir hissəsi olmayacağıq. Aydındır ki, Qarabağ problemi böyük geosiyasi oyunun bir hissəsidir. Lakin bu, bizim üçün məqbul deyil.

İradəmizi ortaya qoyub, bunun bizim üçün məqbul olmadığını desək, istənilən oyunu poza bilərik.

Qarabağ mühasirəyə alınıb, amma Qarabağ məsələsi bağlanmayıb”, – deyə Babayan çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Azər
    Fevral 1, 2023 - 09:41

    Nə qədərki Rusiya Qarabağdadır, Xankəndi, Xocalı, Ağdərə və s

    Azərbaycana de fakto məxsus olmayacaq və üstəlik Qafqazda sülh olmayacaq. Rusiya Qafqazdan çıxandan qısa müddət sonra Qafqazda sülh yaranacaq. Elə buna görə də Rusiya Ermənistandan qovulsavda Qarabağdan öz xoşuna çıxmaq fikriyoxdur!

  • mustafayevfirudin
    Fevral 1, 2023 - 15:21

    Bütün qonşular arasında isti münasibətlər cərəyan edən vaxtda bunlar da torpaq davası edirlər, Qarabağ nə ermənilərin olacaq nə Azərbaycanın olacaq, ağıllı olsaydılar Gürcülər oturub bizim pulumuzu xərcləyirlər , Ermənilər də edə bilərlər

mustafayevfirudin üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*